4-cü siniflərdə monitorinq aparılıb

Məktəbin Fəaliyyət planına uyğun olaraq 4-cü siniflərdə Ana dili, riyaziyyat, ingilis dili fənləri üzrə monitorinq aparılıb.
Qeyd olunan fənlər üzrə şagirdlərin bilik və bacarıqlara yiyələnmə vərdişləri, idraki fəallığı, dərketmə qabiliyyəti yoxlanılıb.
Hər fənn üzrə şagirdlər açıq və qapalı tipli olmaqla 15 sualı cavablandırıblar.
Monitorinqin aparılmasında məqsəd şagirdlərin göstərilən fənlər üzrə təlim nailiyyətlərini yoxlamaq olub.
Nəticələr qənaətbəxşdir.