Nümunəvi dərslər verilir

Məktəbin Fəaliyyət planının 1.1.1.9 - cu bəndinə uyğun olaraq nümunəvi dərslərin verilməsi davam edir, qarşılıqlı dərsdinləmələr təşkil olunur.
Növbəti nümunəvi dərs 6d sinfində fizika fənnindən verilib. Dərs yeni təlim texnologiyaları əsasında qurulub. Şagirdlər “ Maddənin aqreqat halı” mövzusu ətrafında araşdırma işləri apararaq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Dərs zamanı şagirdlərin əməkdaşlığı, müstəqilliyi, müəllim -şagird vəhdəti müşahidə olunub. Dərs şagirdlərin yüksək fəallığı ilə keçib.