7-9 siniflərdə peşəyönümü istiqamətində təlim keçirilib

             Məktəbin Fəaliyyət planının 1.2.6-cı bəndinin icrası ilə bağlı işlər aparılır.

            11.12.2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Binəqədi rayon Məşğulluq Mərkəzinin rəhbərliyi ilə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" və "Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir" mövzularında təlim keçirilib.

           Təlim şagirdlərdə peşəyönümlü qabiliyyətlərin aşkar olunması, peşə marağının öyrənilməsi peşələrə aid məlumat, bilik, bacarıq  vərdişlərin formalaşdırılması məqsədi ilə təşkil olunub.

Təlimdə məktəbimizin 7, 8, 9-cu sinif şagirdləri və müəllimlər iştirak ediblər. 

           Şagirdlərə düzgün peşə seçimi, seçilmiş peşə üzrə işə düzəlmə, peşəyə uyğunlaşma, peşəyə bağlılıq istiqamətində məlumat və tövsiyələr verilib. Video-çarx nümayiş etdirilib.

               Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi