V-XI siniflərdə monitorinq aparılıb

Məktəbin Fəaliyyət planının 1.1.1.9-cu və 1.1.2.7- ci bəndlərinin icrası istiqamətində işlər aparılır.

Şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, dərketmə qabiliyyəti, idrak fəallığının öyrənilməsi məqsədi ilə V-XI siniflərdə monitorinq aparılıb.

Şagirdlər Ana dili və riyaziyyat fənləri üzrə açıq və qapalı tipli olmaqla 25 sualı cavablandırıblar.

IX-XI siniflərdə şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlara hazırlığı ilə bağlı işlər davam edir, ingilis dili fənni üzrə mətnlər dinlənilir, şagirdlərin eşidib-anlama, oxuyub-anlama qabiliyyətləri yoxlanılır. Zəif nəticəli şagirdlər müəyyənləşdirilərək öyrədilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi