Düzgün ixtisas seçimi istiqamətində təlim keçirilib

       06.12.2018-ci il tarixdə məktəbimizdə Qərbi Kaspi Universitetinin əməkdaşları tərəfindən IX-XI sinif şagirdlərinə təlim keçirilib.

        Təlimin keçirilməsində məqsəd şagirdlərdə düzgün ixtisas seçimi istiqamətində bacarıqların formalaşdırılması və onların imtahan öncəsi psixoloyi gərginliyinin minimuma endirilməsidir.

        Təlim zamanı şagirdlərə Qərbi Kaspi Universiteti, buradakı ixtisaslar, işlə təmin olunmaq imkanı, münasib təhsil haqqı, beynəlxalq layihələrdə iştirak etmək şansı, yaradıcı və innovativ tədris metodikası haqqında məlumat verilib.

         Universitetin naliyyətlərini əks etdirən video-çarx nümayiş etdirilib. Sonra şagirdlərə düzgün ixtisas seçmək istiqamətində tövsiyələr verilib.

         Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi