Ali məktəblərlə tanışlıq

05.12.2018-ci il tarixdə məktəbimizdə ADA universitetinin əməkdaşları ilə 10-11 sinif şagirdlərinin görüşü təşkil olunub.
Görüş zamanı şagirdlərə ixtisas seçimi, ADA universitetinə qəbul qaydaları, məzunların iş yerləri ilə təmin olunması, universitetdə fəaliyyət göstərən fakultələr, təhsil haqqı və s. barədə ətraflı məlumatlar verilib.
Şagirdlər universitet haqqında məlumatları maraqla dinləyərək arzu və istəklərini bölüşüblər. Onları maraqlandıran suallara cavablandırılıb.
Görüşün sonunda şagirdlər “Bir gün ADA-da” adlı online layihəyə qoşulublar.