Məktəb-valideyn əməkdaşlığı möhkəmlənir

Məktəbimizdə mütəmadi olaraq valideynlərlə əlaqə saxlanılır. Valideyn iclasları keçirilir. Valideynlərə şagirdlərin davranışı, dərsə davamiyyəti, ayrı-ayrı fənlər üzrə qazandıqları bilik və bacarıqlar, məktəbli və idman formasının vəziyyəti haqqında məlumatlar verilir.
Valideynləri maraqlandıran suallar cavablandırılır.
IX-XI siniflərin valideyn iclaslarında ümumi orta və tam orta təhsil kursları üzrə buraxılış imtahanlarında şagirdlərin psixoloji və zehni hazırlığının təmin edilməsi məqsədi ilə keçirilən monitorinqlərin nəticələri haqqında məlumat verilir. Təlim nəticəsi zəif olan şagirdlərin valideynləri ilə söhbətlər aparılır. Şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması üçün tədbirlər görülür.
Məqsədimiz şagird-müəllim-valideyn əməkdaşlığının möhkəmləndirilməsi, şagirdlərin təlim göstəricilərinin yüksəldilməsi, valideynlərin məktəb idarəedilməsində yaxından iştirakının təmin edilməsidir.