Fərqli dərslərin dinlənilməsi

Məktəbimizdə ayrı-ayrı fənlər üzrə qarşılıqlı dərsdinləmələr davam edir. 6a sinfində coğrafiya, 9q sinfində rus dili dərsləri dinlənilib.
Müəllimlər müasir təlim metod və texnologiyalardan bacarıqla istifadə edərək yüksək keyfiyyətli təlim nəticələrinə nail olmağa çalışıblar. Dərslərdə müəllim və şagirdlərin fəallığı müşahidə olunub.
Qarşılıqlı dərsdinləmələrin məqsədi müəllim səriştəliliyinin öyrənilməsi, peşəkar təcrübənin yayılması, şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının yoxlanılmasıdır.