11-ci siniflərdə monitorinqlər aparılır

11-ci siniflərdə Ana dili, riyaziyyat, ingilis dili fənlərindən monitorinq aparılıb. Monitorinqin keçirilməsində məqsəd tam orta təhsil kursu üzrə buraxılış imtahanlarında şagirdlərin psixoloji və zehni hazırlığının təmin edilməsi, şagirdlərin göstərilən fənnlər üzrə təlim nəticələrinin yoxlanılması olub.
Hər fənn üzrə şagirdlərə açıq və qapalı tipli olmaqla 30 sual verilib. Suallar üç saat vaxt ərzində cavablandırılıb.