Azərbaycan Xalq Təhsili Muzeyinə ekskursiya

Noyabrın 23-də məktəb kollektivi və sagirdlərin Azərbaycan Xalq Təhsili Muzeyinə eksursiyası təşkil olunub. Ekskursiyanın keçirilməsində məqsəd Azərbaycan təhsil tarixinin öyrənilməsi və təbliğ olunmasıdır.
Muzey bələdçisi şagirdləri muzeyin salonları ilə ətraflı tanış edərək buradakı eksponatlar haqqında ətraflı məlumatlar verib. Şagirdlər salonun "Heydər Əliyev və təhsil" adlı birinci bölməsində Heydər Əliyevin təhsil sahəsindəki həyata keçirdiyi fəaliyyətlərə daha çox diqqət yetiriblər.
Sonra məktəb kolektivi salonun ikinci bölməsində müstəqillik illərində ölkəmizin təhsil sisteminin fəaliyyətini əks etdirən sənəd və materiallar, statistik məlumatlar, yeni dərsliklər, maketlər və digər eksponatlarla tanış olublar.
Üçüncü bölmədə sərgilənən məktəbdənkənar müəssisələrə, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik, mənəvi və estetik tərbiyəsinə aid olan sənəd və materiallar, xalq maarifinin inkişafına dair bir çox zəngin materiallar ekskursiyaya gələnlərin diqqətini cəlb edib.
Muzeydə olan şagirdlər Azərbaycan təhsilinin keçmişi və bu günu haqqında maraqlı və geniş məlumatlar əldə ediblər.