Sağlam qidalar

Hər il sağlam qidalanma ilə əlaqədar maarifləndirici tədbirlər keçirmək, sağlam qidalardan ibarət sərgilər təşkil etmək, şagirdlərin əl işlərini nümayiş etdirmək artıq məktəbimizdə bir ənənəyə çevrilmişdir.
Sağlam qidalar silsiləsindən bu ilki tədbirimiz nar bayramı ilə əlaqədar keçirilib. Şagirdlər bir meyvə kimi narın insan orqanizmi üçün faydalı xüsusiyyətlərindən, müalicəvi əhəmiyyətindən danışaraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə şagirdlərin rəsmləri, əl işləri, nardan hazırladıqları qidalar sərgilənib. Sonra şagirdlər mahnılar oxuyaraq rəqs ediblər, bir-birindən maraqlı şeirlər söyləyiblər.
Tədbirin keçirilməsində məqsəd sagirdlərin sağlam qidalanma haqqında bilgilərini genişləndirmək, vətənimizin zəngin təbiəti barədə məlumatlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək olub.