Gigiyenik qaydaları hamı bilməlidir

                Noyabın 22-də məktəbimizdə şagirdlərlə “Sağlam həyat tərzi” mövzusunda söhbət aparılıb. Məktəbin həkimi Xuraman Məmmədova və psixoloq Ceyran Məmmədova uşaqlara gigiyenik qaydalara əməl edilməsi və sağlam həyat tərzi, asudə vaxtdan səmərəli istifadə edilməsi haqqında tövsiyələr veriblər.

                Söhbət zamanı şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq, sağlam qidalarla qidalanmaq və şəxsi gigiyena qaydalarına riayət etmək haqqında məsləhətlər verilib, uşaq və yeniyetmələri fiziki fəal, hərəki həyata alışdırmağın xüsusi əhəmiyyətindən də danışılıb.

                Qeyd edilib ki, uşaqlar çox hərəkət etməlidirlər. Az hərəkət edən, müntəzəm əzələ yükü olmadan inkişaf edən uşaqlarda fiziki cəhətdən inkişaf etmiş yaşıdlarından fərqli olaraq müxtəlif xəstəliklərə tutulmaq ehtimalı artır.

                Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi