Yazıçı Reyhan Yusifqızı ilə görüş keçirilib

Noyabrın 12-də məktəbimizdə müasir uşaq ədəbiyyatının nümayəndələrindən biri olan Reyhan Yusifqızı ilə görüş keçirilib.

Görüşdə 5-6-cı sinif sagirdləri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd şagirdlərin bədii ədəbiyyata marağını artırmaq, intellektual səviyyələrini yüksəltmək, mütaliə vərdişlərini möhkəmləndirmək olub.

İlk öncə şagirdlər yazıçı Reyhan Yusifqızının həyatı və yaradıcılığı haqqında məlumat verərək slaydlar göstəriblər. Sonra yazıçının əsərlərinin müzakirəsi aparılıb. Şagirdlərin ifasında oxuduqları hekayələrdən nümunələr səsləndirilib.

Görüş zamanı Reyhan Yusifqızı məktəblilərin sualarını həvəslə cavablandırıb, şagirdlərin fəallığını, verilən sualların aktuallığını qeyd edib.

Görüş maraqlı və yaddaqalan olub. Şagirdlər məmnunluq hissi ilə yazıçıdan ayrılıblar 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi