Bir kərə yüksələn bayraq bir daha enməz!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məktəbimizdə də 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib və şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirdə məktəbin pedaqoji heyəti və şagird kollektivi iştirak edib.
Tədbir ilk öncə dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra məktəbin direktoru Mailə İsmayılova çıxış edərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edərək bu günün qeyd olunmasının məqsəd və əhəmiyyətindən bəhs edib.
Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa olunub. Onların çıxışları zala toplaşanların alqışları ilə qarşılanıb və tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.