Hərb tariximiz

          Oktyabrın 24-də 10-cu sinif şagirdləri məktəbin hərbi rəhbəri Dönməz Mirzəyevin başçılığı ilə Hərbi Tarix Muzeyində ekskursiyada olublar.

             Muzeyin zallarından biri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub. Şagirdlər ümummilli liderin xidmətlərini əks etdirən eksponatları heyranlıqla seyr ediblər. Muzey əməkdaşları əyani olaraq Ulu Öndərin istifadə etdiyi əşyaları göstərərək məktəbliləri məlumatlandırıblar.
             Muzeydə əsrlər öncə istifadə edilən hərbi silah və sursatlar, müasir silahların maketləri  sərgilənir. Xüsusilə, Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər, şəxsi əşyalar məktəblilərdə böyük təəssürat yaradıb.
             
Sonra şagirdlər açıq havada sərgilənmiş hərbi texnikalarla tanış olublar. Şagirdlərin çoxunun filmlərdə, şəkillərdə gördüyü texnikaların sərgisi, onlarda fəxarət və sevinc hissi doğurub.

             Muzeyin əməkdaşı açıq havada sərgilənən hərbi silahlar haqqında geniş və ətraflı məlumat verərək məktəblilərin suallarını  cavablandırıblar.

             Şagirdlər hərbi muzeylə tanışlıqdan böyuk qürur hissi ilə ayrılıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi