Şagirdimiz karate üzrə Avropa çempionatında üçüncü yerə çıxıb

Məktəbimizin 3”d” sinif şagirdi Nazim Tural oğlu Hacıyev oktyabrın 18-dən- 22-dək idmanın karate növü üzrə yeniyetmələr arasında keçirilən 3-cü Avropa çempionatında iştirak edib.
19 ölkənin iştirak etdiyi bu çempionatda şagirdimiz 3-cü yeri tutaraq bürünc medal qazanıb. Nazim Hacıyev idmanı çox sevir, 2015-ci ilin oktyabr ayından idmanla məşğul olur.
O, idmanın şərq güləş növü üzrə də gücünü sınayıb. Dəfələrlə yeniyetmələr arasında keçirilən respublika birinciliyində, beynəlxalq turnirlərdə iştirak edib. 1-ci, 2-ci, 3-cü dərəcəli medallara layiq görülüb.
Şagirdimizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq.