Bakı Kitab Mərkəzində

Oktyabrın 21-də məktəbimizin 9”q” sinif şagirdləri sinif rəhbəri Fatimə Əzizovanın rəhbərliyi ilə Bakı Kitab Mərkəzində olublar.
Əsas məqsədi mütaliəyə marağın artırılması olan mərkəzdə şagirdlər zövqlərinə uyğun kitablar əldə ediblər.
Burada şagirdlər təkcə dünya ədəbiyyatı ilə deyil, həm də incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlarla da tanış olublar.
Mərkəzdə şagirdlərin diqqətini cəlb edən məqamlardan biri də monitorlar olub. Burada məktəblilər sensor ekranlarda yeni təqdim olunan kitablarla yanaşı, ən çox satılan kitablar haqqında məlumatlar toplayıblar, istədikləri kitabları axtarışa veriblər və endirim kampaniyaları barədə məlumat öyrəniblər.
Sonra şagirdlər mərkəzdə göz oxşayan məkanlardan biri olan uşaqlar guşəsində sevdikləri kitabları rahatlıqla mütaliə ediblər.
Məktəblilər mərkəzlə tanışlıqdan məmnun olaraq böyük ruh yüksəkliyi ilə şəhər üzrə gəzintiyə çıxıblar.