Müstəqillik gününə həsr olunmuş məktəblərarası futbol çempionatı keçirilib

18 Oktyabr 2018-ci il tarixdə “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi otuz iki məktəbin futbol komandaları arasında Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş çempionat keçirilib.
Futbol çempionatında 7-8-ci sinif şagirdlərinin iştirak etdiyi komandalar yarışıblar. Məktəbimizin komandası qalibiyyət uğrunda mübarizə apararaq maraqlı oyun nümayiş etdirib.
Bu yarışda futbolçularımız 16:3 hesabı ilə rəqib komandaya qalib gəliblər. Birinci yeri tutan komandamız növbəti oyuna vəsiqə qazanıb.
Uğurlarımız davamlı olsun!