Müstəqilliyimizin ildönümü qeyd olunub

18 Oktyabr 2018-ci il tarixdə məktəbimizdə Azərbaycanın Dövlət Müstəqilliyinin 27-ci ildönümü ilə bağlı toplantı keçirilib.

Toplantıda şagird və müəllim heyəti Azərbaycan Respublikasının Dövlət himnini oxuyub. Sonra Azərbaycan dövlətinin müstəqillik tarixindən danışılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi əvəzsiz xidmətlərindən bəhs olunub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin bütün sahələrdəki  inkişafından və beynəlxalq aləmdə qazandığı böyük nüfuzundan söhbət açılıb.

Sonra şagirdlər vətənə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar oxuyaraq rəqs ediblər. Ürəklərindəki vətən sevgisini çəkdikləri rəsmlərdə əks etdiriblər.

“Müstəqil Azərbaycan”, “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür", “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir!” mövzularında sinif təşkilat saatları keçirilib.

Sinif saatlarında şagirdlər dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər də izləyiblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi