"Ekspo" Təhsil sərgisində

Oktyabrın 12-də məktəbimizin 9, 10, 11-ci sinif şagirdləri Bakı Ekspo Mərkəzində 12–ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak ediblər.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi şagirdlərin böyük marağına səbəb olub. Onlar həm xarici ölkələrin, həm də respublikamızın bir sıra aparıcı ali təhsil müəssisələri ilə yaxından tanış olublar.

Məktəblilər arzusunda olduqları ali təhsil ocaqları haqqında faydalı məlumatlar əldə ediblər. Sərgidə həvəslə iştirak edən şagirdlər böyük ruh yüksəkliyi və minnətdarlıq hissi ilə geri qayıdıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi