Şagirdlərimiz "Yarat" Müasir İncəsənət Mərkəzində olublar

27.09.2018-ci il tarixdə məktəbimizin 5"a" sinif şagirdləri sinif rəhbəri və valideynləri ilə birlikdə "Yarat" Müasir İncəsənət Mərkəzində olublar.
Mərkəzdə məktəblilər müasir incəsənət və mədəniyyət nümunələri ilə yaxından tanış olublar.
Yarat İncəsənət Mərkəzi ilə tanışlıq şagirdlərdə xoş təəssüratlar oyadıb. Onlar öz bilik, bacarıq və təxəyyüllərindən istifadə edərək onlara verilən suallara məntiqli, dolğun və ətraflı cavablar veriblər.
Məktəblilər və valideynlər Yarat İncəsənət Mərkəzindən yüksək əhvali-ruhiyyə ilə qayıdıblar.