21 sentyabr Beynəlxalq sülh günü qeyd edilib

21 sentyabr Beynəlxalq Sülh günüdür.  Bu tarixi gün məktəbimizdə təntənəli surətdə qeyd olunub. Şagirdlərin sülhə aid rəsm sərgisi təşkil olunub, divar qəzetləri, müxtəlif plakatlar hazırlanıb. Çəkilən rəsmlərdə sülhün qorunması, dünyanın bütün xalqlarının əmin-amanlıq şəraitində yaşama istəkləri əks olunub. Həmçinin şagirdlər bu gün münasibətilə rəqslər nümayiş etdiriblər, şeirlər söyləyiblər. 

Toplantıda qeyd olunub ki, BMT bu günü 1981-ci ildə təsis edib. Bu tarix ümumdünya  atəşkəs günü elan edilib.

Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Həmin tarixi günün əsas məqsədlərindən biri də milyardlarla insanı bu məqsəd ətrafında bir araya gətirməkdir. Buna görə də yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq  sülh istəyən hər kəsin yardımına ehtiyac duyulur.

Arzu edirik ki, işğal altında olan torpaqlarımızda da azadlıq günəşi doğsun və xalqımız silh içərisində yaşasın.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi