15 Sentyabr "Bilik günü " qeyd olunub

         Bu gün məktəbimizdə 15 Sentyabr  ”Bilik günü” təntənəli qeyd olunub. Birinci sinif şagirdləri üçün ilk zəng çalınıb.

        Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, ötən illərin məzunları, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Ötən tədris ilində məktəbin əldə etdiyi nailiyyətlərdən, 2018-2019-cu tədris ilində qarşıda duran vəzifələrdən danışılıb.        Yeni dərs ilində müəllim və şagird kollektivinə uğurlu nəticələr arzulanıb.

       Keçən tədris ilində yüksək nəticə əldə edən müəllim və şagirdlər mükafatlandırılıb.

        Bu gün birinci sinif şadirdləri üçün xüsusilə əlamətdar olub. Onlar doğma vətənimiz haqqında şeirlər söyləyərək mahnılar oxuyublar, rəqs ediblər. Yaxşı oxuyacaqlarına, vətənə layiqli vətəndaş olacaqlarına söz veriblər.  

         Tədbirin sonunda İlk zəng çalınaraq şagirdlər sinif otaqlarına dəvət olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi