Son zəng tədbiri keçirilib

14 Iyun tarixində 102 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdlərinin buraxılışına həsr olunmuş "Son zəng" tədbiri keçirilib.
Tədbirdə BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin metodisti Tahirə Qədimova, BRİH-nin nümayəndəsi Məhəmməd Bağıyev, müəllimlər, valideynlər və ötən illərin məzunları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı oxunması ilə başlanıb.
Sonra şagirdlər doğma Azərbaycanımıza, ümummilli lliderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər, mahnılar ifa ediblər, bir-birindən maraqlı rəqslər nümayiş etdiriblər. Müəllimlərə gül-çiçək buketləri təqdim edərək onlara sonsuz məhəbbət və təşəkkürlərini bildiriblər.
Məktəb rəhbərliyi və qonaqlar çıxış edərək məzunları təbrik ediblər, onlara vətənimizə layiqli övladlar olmağı və həyatda şərəfli yer tutmağı tövsiyə ediblər.
Tədbir son zəngin çalınması ilə başa çatıb.