15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

13 İyun tarixində məktəbimizdə 15 İyun Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə göstərdiyi misilsiz xidmətindən, xalqımıza olan sonsuz məhəbbətindən danışılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı oxunması ilə başlayıb. Sonra vətənpərvərlik mahnıları ifa olunub, vətənimizə, doğma torpağımıza, ulu öndərə həsr olunmuş şeirlər söylənib, milli və dünya xalqlarının rəqsləri nümayiş etdirilib, səhnəciklər göstərilib.
Tədbir iştirakçılarda xoş təəssüratlar oyadıb.