Valideyn iclasları keçirilir

Məktəbimizdə 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.
Böyük summativ qiymətləndirmənin aparılması II yarımil ərzində şagirdlərin qazandıqları nailiyyətləri üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədlərinə xidmət edir.
Qiymətləndirmə vasitələri komissiya tərəfindən hazırlanıb.
Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb. Nəticələr qənaətbəxşdir.
BSQ-nin nəticələri və il ərzində şagirdin qazandığı nailiyyətlər haqqında valideyn iclaslarında valideynlərin nəzərinə çatdırılıb.