Cümhuriyyətin 100 illiyinə həsr olunmuş idman yarışları keçirilib

05.06.2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş idman yarışları təşkil olunub. Azərbaycan və rus bölmələrinin 5-ci sinif şagirdləri arasında estafet, yuxarı siniflər arasında isə basketbol yarışları keçirillib
Şagirdlər yarışlarda həvəslə iştirak edirdilər. Yarışda fərqlənən şagirdlərə diplomlar təqdim edilmişdir. Belə yarışların keçirilməsi şagirdlərin idmana olan həvəsini və məhəbbətini daha da artırır.