İnsan Hüquqları aylığı

Məktəbimizdə “İnsan Hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 2018 ci il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı”nın elan edilməsi haqqında məktəbimizin müəllim və şagird kollektivi məlumatlandırılmışdır. Sinif təşkilat saatlarında şagirdlərlə söhbətlər aparılmış, müzakirələr keçirilmişdir.
Aylıq çərçivəsində multikultuzalizm dəyərlərini təbliğ edən mövzulara aid rəsm sərgisi təşkil edilmiş, bədii qiraət müsabiqəsi və “ hüquqlarımızı bilirikmi?" mövzusunda intellektual yarışma təşkil olunub.
“Biz xoşbət uşaqlarıq” adlı tədbir keçirilib.
Tədbirdə milli rəqslər, mahnılarla yanaşı digər xalqların da musiqilərinə, rəqslərinə yer verilmişdir. Azərbaycanın multikultural ölkə olduğu qeyd edilmiş, bədii nümunələr söylənmişdir.