Azərbaycan Xalq Cümhuriyyəti - 100

24 may 2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdi.
Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlandı. Şagirdlər doğma Azərbaycanımıza həsr olunmuş vətənpərvərlik şeirlərini söylədilər, rəqslər nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru M.H.İsmayılova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, müsəlman Şərqində ilk demokratik respublika olmasından danışdı. Şagirdlərə vətənimizi sevməyi, onu qorumağı, vətənə layiqli övladlar olmağı tövsiyə etdi.
Bayram şənliyi şagirdlərin ifasında davam etdi.