Muzeydə açıq dərs

                  Məktəbimizin 5-ci “a”sinif şagirdləri sinif rəhbərləri və valideyinləri  ilə birlikdə Azərbaycan Dövlət Tarix Muzeyində olubar. Muzeydə məktəbin tarix müəllimi Həsənova Əfsanə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş açıq dərs verib. Dərsin keçirilməsində məqsəd şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı biliklər vermək, şagirdləri tarixi şəxsiyyətlərimizlə,  cümhuriyyət qurucuları ilə tanış etmək, onlara milli mənəvi dəyərlərimizi, tariximizi, mədəni irsimizi sevməyi, onunla fəxr etməyi aşılamaq, dövlətçilik ənənələrimizi qorumaq və inkişaf etdirməyi öyrətməkdir.

Dərsdə Azərbaycan Xalq Cümhuriyyətinin- Şərqdə ilk parlamentli respublikanın yaradılmasından danışılıb və qeyd edilib ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Açıq dərsdən sonra şagirdlər muzeyi gəzərək tarixi eksponantlarla tanış olublar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi