Muzeylərə ekskursiyalar davam edir

Məktəbimizin 4 -cü "e" sinif şagirdləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olublar. Ekskursiyanın keçirilməsində məqsəd şagirdləri milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, mədəni irsimizi təbliğ etmək, şagirdlərdə estetik zövq formalaşdırmaq, mədəni irsimizi qorumaq hisləri aşılamaqdır. Ekskursiya zamanı şagirdlərimizə Azәrbaycanın milli musiqi alәtlәri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, elәcә dә әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları haqqında məlumatlar verilib.
Şagirdlər Azәrbaycan peşəkar musiqi sәnәtinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sәnәtinin banisi Bülbülün, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrət Əmirovun müәllif not әlyazmalarına, musiqi xadimlәrinin şәxsi әşyalarına, afişalara, proqramlara, fotoşәkillәrə, tәsviri incәsәnәt nümunәlәrinə, notlara, kitablara vә digər dəyərli sənət nümunələrinə maraqla tamaşa ediblər. Onlar muzeydən böyük təəssüratla qayıdıblar.