Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

             Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsinə start verilib. "Tarixi irsimizi öyrənirik" devizi altında şagirdlərimiz Qobustana səyahət ediblər. Öyrəndilər ki, burada muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.Mağaralar, bulaqlar və s var.

             Qobustanın dağlarında Azərbaycan xalqının əcdadlarının maddi və mənəvi mədəniyyətini əks etdirən 6 mindən çox qədim rəsmlər tapılmışdır. Bundan başqa qədim yaşayış məntəqələri – 20 mağaralar və dayanacaqlar, 40 kurqan qazıntıları və 100 mindən çox maddi mədəniyyət əşyaları aşkar olunmuşdur. Ən qədim rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq burada bu eradan əvvəl də yaşayışın olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin beşiklərindən biri sayılır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi