Böyük Azərbaycanlı

10 may tarixində məktəbimizdə adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimiz ilə qoşa çəkilən fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə tanrının xalqımıza bəxş etdiyi müdrik dövlət xadimi, ümummilli lider H.Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz qarşısında göstərdiyi əvəzsiz xidmətlərindən danışıldı. Qeyd edildi ki, ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli - mənəvi dəyərlərə qayıdış, elmin, mədəniyyətin, təhsilin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə şagirdlərin ifasında ulu öndərə həsr olunmuş şeirlər səsləndi, bədii nümunələr söyləndi, mahnılar oxundu, rəqslər ifa olundu.