Dendrologiya parkına səyahət

"Sağlam həyat tərzi” mövzusu ətrafında araşdırmalar aparan 8 "d" sinif şagirdləri Mərdəkanda yerləşən Dendrologiya parkına səyahət etdilər. Asudə vaxtdan səmərəli istifadə etmək, şagirdlərdə təbiətə qayğı və məhəbbət oyatmaq, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmaq, ekoloji biliklərini zənginləşdirmək məqsədi daşıyan ekskursiya zamanı şadirdlər parkı gəzərək burada olan nadir bitki növləri, ağaclar, gül və bəzək kolları ilə yaxından tanış oldular. Bitkilərin, şam və küknar ağaclarının, quruluşunu, faydalı xüsusiyyətlərini, əhəmiyyətini öyrəndilər.
Sonra şagirdlər Murtuza Muxtarovun, Sergey Yeseninin ev muzeyində oldular. Hacı Zeynalabdin Tağıyevin qəbrini ziyarət etdilər. Səkkizincilər bu görkəmli şəxsiyyətlər haqqında da maraqlı məlumatlar əldə edərək xoş əhvali-ruhiyyə ilə geri döndülər.