Yaşıllaşdırma aksiyası

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
BŞTİ tərəfindən təşkil olunmuş aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib. BŞTİ-nin yeni yaradılan təsərrüfat qrupları yaşıllıq zolağı salınan ərazinin hazırlanmasında və ağacəkmə aksiyasının təşkil olunmasında yaxından iştirak edib. Bu aksiyada bizim məktəbin direktoru və müəllim heyəti də fəal iştirak etmişdir.