Məktəbdən başlayan həyat

Məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi , “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi , “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi , “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzi və "Anacan.az” ailə portalının təşkilatçılığı ilə “Məktəbdən başlayan həyat” layihəsinin hazırladığı təlim keçirilib.
Təlimdən öncə çıxış edənlər “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədr müavini Tural Əliyev və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova layihənin əhəmiyyətindən danışıblar.Çıxışlardan sonra “Loqos”un Kadrlar şöbəsinin rəhbəri, psixoloq Aygül Məlikova , psixoloq Aydan Sabirli “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövrlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi” , “Şagirdlərdə öz güvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında şagirdlərlə söhbətlər aparılıb.
Təlim zamanı şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktik oyunlar icra edilib.