"Gəlin birgə oxuyaq"

              Məktəbimizin şagirdləri aprelin 26-da Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan “Oxu günü”  tədbirində iştirak ediblər.

“Gəlin birgə oxuyaq” devizi altında keçirilən tədbirin məqsədi şagirdlər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Şagirdlərimiz paytaxtın ümumtəhsil məktəb və liseyinin şagirdləri tərəfindən hazırlanan təqdimatlara, bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalara, musiqili kompozisiyalara, maraqla tamaşa ediblər. Məktəblilərin təqdim etdikləri rəsm əsərlərinə baxıblar. İntellektual yarışları izləyiblər. Mənəvi istirahət edən şagirdlər şəkillər çəkdirərək xoş ovqatla tədbirdən ayrılıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi