Tarixi irsimiz
24 aprel tarixində məktəbimizin 2 "b" sinif şagirdləri ibtidai sinif müəlliməsi İlahə müəllimənin rəhbərliyi ilə Atəsgah abidəsini ziyarət etdilər."Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir.
Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Məbədin ortasındakı quyudan çıxan təbii qaz bir vaxtlar gecə-gündüz yanarmış.
Atəşgah inşa edilərkən məbədin gümbəzinin dörd küncü üzərində də içərisində yanan qazın şölə saçdıgı daş piyalələr quraşdırılıb. Klassik dördbucaqlı formasında olan od məbədinin özü isə hər tərəfdən açıq olan giriş qapıları ilə əhatələnib.
Şagirdlər ziyarətdən çox məmnun qaldılar.