Oxu günü

Məktəbimizdə “Oxu həftəsi” çərçivəsində Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən “Dəyirmi masa" keçirilmişdir. “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Bu münasibətlə məktəbimizin kitabxanasında 8 -ci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Şagirdlər həvəslə iştirak etmişdilər.