Yer kürəsi günü

19 aprel 7 "a" sinfi Yer kürəsi gününü 3 ''a" sinfi ilə birlikdə qeyd etdilər.Şagirdlər ingiliscə musiqilər oxuyub,hazırladıqları səhnəcikləri təqdim etdilər və bütün proqramı ingilis dilində tərtib elədilər.Onlar havanın çirklənməsi və digər ekoloji problemlər və onların həlli yollarına toxundular.
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.
Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı.1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olundu. 1970-ci ildə "Ağac Günü"nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırıldı.
1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı. 141 ölkəni (o cümlədən bizim ölkəni) təmsil edən 20 milyondan çox adam bu günü bayram edir. XXI əsrin əvvəllərində Azərbaycanda da milli parkların şəbəkəsi genişləndirildi.
2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ-göl Milli Parkı yaradılmışdır.