Yanğından təxliyyə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə Binəqədi rayonunda yerləşən 102 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Daha sonra yanğın hadisəsində axtarış-xilasetmə tədbirlərinin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə məktəbdə şərti yanğın vəziyyəti yaradılıb.
Şagirdlərə yanğının qarşısının alınması, eləcə də təxliyə, zərərçəkənlərə ilkin yardım göstərilməsi prosesi əyani şəkildə təqdim olunub. Maarifləndirmə tədbirinin sonunda nazirliyin xilasetmə texnika və avadanlıqları nümayiş olunub. Nazirlik əməkdaşları tədbir iştirakçılarına xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texniki avadanlıqlar, xilasetmə və üzmə vasitələri haqqında ətraflı məlumat veriblər. Şagirdlər yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları, barədə də ətraflı informasiya əldə ediblər.