Lütfi Zadə adına üçüncü məntiq olimpiadası keçirildi

14 aprel tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının məktəb mərhələsi keçirilib.
Olimpiadanın məktəb turunda məktəbimizin V-VI sinifləri üzrə 48 nəfər şagirdi iştirak edib. Şagirdlərə təqdim olunan 25 test sualı cavablandırılıb.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin məntiqi biliklərinin artırılmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirimək, elmə olan marağını daha da artırmaqdan ibarətdir.