Aprel döyüşləri

              Məktəbimizdə aprel döyüşlərində ordumuzun qələbəsinə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Şagird təqdimatları dinlənildi. Tarix müəllimləri aprel döyüşləri haqqında ətraflı məlumat verdilər.

              Məlumatda qeyd edilirdi ki, 2016-cı ilin aprel döyüşləri  Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.

              Döyüşlər  Azərbaycan Silahlı qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonun Qazaxlar  kəndi və Tərtər rayonunun Madaqız kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

              Aprel hadisələri Azərbaycan xalqının birlik əzmini, həmrəyliyini bir daha nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi. Sonra çıxış edənlər qeyd etdilər ki,  Azərbaycan Ordusunun bu qələbəsi hər bir Azərbaycan vətəndaşını sevindirir. Ordumuz gündən-günə güclənir, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunacaqdır. 

            sonda şagirdlər vətənpərvərilk mahnıları oxudular.

              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi