"Ölkəmizi tanıyaq" tur aksiyası

14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildii.Binəqədi məktəblilərinin içərisində məktəbimizin 9 q sinif şagirdi Qasımov Əli İlqar oğlu da var idi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu.
Sonra iştiraşçılar səfərin proqramı ilə tanış oldular və tədbir bədii hissə ilə davam etdi.
Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.
Sonda tur–aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “ Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş yeddi istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırdılar.