"Reproduktiv sağlamlıq" mövzusunda təlim

27 mart tarixində məktəbimizdə "Reproduktiv sağlamlıq" mövzusunda növbəti təlim keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümidli Gələcək" Təşkilatı ilə birgə hazırladıqları təlimi həkim Bənövşə Tağıyeva aparırdı.
O şagirdlərə şəxsi gigiyena qaydaları haqqında məlumat verdi.Tövsiyyə etdi ki,hər bir şagird sağlamlığını qorumalı, təmizliyə riayət etməli,qida rejimini gözləməlidir.