Novruz şənliyi

              19 mart tarixində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Novruz bayramı münasibətilə “Vətənimin seyrinə çağırıram elləri!" adlı festival keçirilmişdir.

           Festivalda rayon rəhbərliyi, millət vəkilləri, Mərakeş, Latviya, Ruminiya, Özbəkistan, Misir, Fələstin, Türkmənistan Respublikasının səfirləri və səfirliklərinin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
             İlk öncə ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibəti ilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulamışdır.

            Respublikamızın zonaları üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilmişdir. Azərbaycanın çoxəsrlik maddi-mədəni irsini, qədim milli adət-ənənələrini özündə əks etdirən eksponatlar və milli mətbəx nümunələri rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olmuşdur.

             Məktəbimiz bu tədbirdə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz rayonlarını təmsil edirdi. Bu rayonların tarixiliyini əks etdirən dekorasiya və milli yeməklər qonaqların marağına səbəb oldu.

             Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə birləşdirən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan “Vətənimin seyrinə çağırıram elləri!" festivalı sakinlər tərəfindən böyük maraqla qarşılandı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi