Novruz bayramınız mübarək!

Xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı məktəbimizdə də təntənəli şəkildə qeyd olundu.
Məktəbin 1-11 sinif şagirdlərinin iştirakı ilə keçirilən bayram şənliyində xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən mahnılar, Keçəl və Kosanın məzəli əhvalatları tədbir iştirakçılarının əhvali-ruhiyyəsinə bayram ovqatı qatdı.
Məktəblilərin xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin əvəz olunmaz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Bayram tədbirində qeyd olundu ki, xalqımızın qədim adət-ənənəsini, məişətini, əxlaqını, bədii zövqünü özündə cəmləşdirən, birlik rəmzi olan Novruz bayramı bu gün də bizi birləşdirir, daha da həmrəy edir.
Bolluğun, bərəkətin, və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirik.