Nümunə dərs

15 mart tarixində ibtidai sinif müəllimi Mahirə Mahmudovanın 4b sinfində riyaziyyat fənnindən nümunə dərsi oldu. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak etdi.
Müəllimə elektron resurslardan məqsədəuyğun istifadə etməklə şagirdlərin məntiqi düşünmə və əməkdaşlıq etmə, yaradıcı tətbiqetmə vərdişlərini inkişaf etdirdi. Şagirdlər qruplarla iş formasında tədqiqat sualını araşdıraraq bir – birindən maraqlı təqdimatlar etdilər.
Nümunə dərsin təhlili zamanı dərsin müsbət cəhətləri qeyd olunmaqla yanaşı, müvafiq metodiki tövsiyələr də verildi.