Kiçik hekayələrin böyük ustadı

          Məktəbimizdə yaradıcılığında vahid azərbaycançılıq ideyasını tərənnüm edən görkəmli ziyalılardan biri - XX əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş yazıçı, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə "Dəyirmi masa" keçirilib. 

          Çıxış edən müəllimlər və şagirdlər bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı haqqında danışıblar. Qeyd edilib ki, görkəmli yazıçı və alimin keçdiyi tale yolu onun nəcib və xeyirxah şəxsiyyət olduğundan, vətəninə, xalqına mənəvi bağlılığından xəbər verir. 

          Sonra yazıçının əsərləri haqqında şagirdlərin təqdimatları dinlənilib. Yazıçının həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.                        Şagirdlərin ifasında səhnəciklər göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi