Bir yurd vardı - Xocalı

        Məktəbimizdə  Xocalı faciəsinin  26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib:

          Divar qəzetləri, bülletenlər buraxılıb, şagirdlərin əl işlərindən və rəsmlərindən ibarət

sərgi təşkil olunub. 26 fevral tarixində ilk dərslər Xocalı hadisələrinə həsr olunub.Hər bir sinifdə faciə qurbanlarının xatirəsini yad etmək üçün güşələr yaradılıb.

          İnşalar yazılıb, təqdimatlar hazırlanıb.

          Xocalı soyqırımına  həsr olunmuş əsərlərin oxusu və müzakirəsi aparılıb. Şagirdlər  Xocalı faciəsindən bəhs edən sənədli və bədii filmlər izləyiblər. Şagird və müəllimlərin  “Ana fəryadı” abidəsinə  ziyarəti təşkil olunub.

         “Dəyirmi masa” keçirilib. Tədbir zamanı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə 1992-ci il fevralın 25-dən  26-sına keçən gecə  Xocalıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəldilmiş soyqırımın acı nəticələrindən danışılıb, qeyd edilib ki, Xocalı faciəsi Azərbaycan  xalqının  tarixinə  qanlı səhifə kimi yazılıb. Gənc nəsil bu tarixi heç vaxt unutmamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi